Rüşvət almaqda ittiham olunan hakim danışdı

İDMAN
13:10 07.05.2013
1372

“Şəxsi işlərimin çoxluğu, yeni işimlə əlaqədar Premyer Liqa oyunlarına dəvət olunmamağımı daha öncədən bildirmişəm. Hakimlər Komitəsinə ya aprelin 19-u, ya da 20-si bu barədə ərizə yazmışam. Artıq qeydiyyatdan da keçib. Ancaq hələ ərizəmə cavab verilmədiyi üçün cari mövsüm təyinat alıb-almayacağımı deyə bilmərəm. Gərək rəsmi qərar olsun”.

AZXEBER.COM-un məlumatına görə, bu sözləri apasport.az saytına futzal üzrə FİFA referisi Elçin Məmmədov deyib. Ölkə kubokunun cavab yarımfinal oyunu olan “Xəzər Lənkəran” – “Bakı” matçında baş hakim funksiyasını yerinə yetirən Elçin Məmmədovun rüşvət qalmaqalına görə Premyer Liqadan uzaqlaşdırıldığı deyilir. Ancaq Məmmədov hər dəfə əlində bu haqda Hakimlər Komitəsinin rəsmi sənədi olmadığını əsas gətirərək, danışmaqdan imtina edir. Bununla belə, yaxın günlərdə bu haqda rəsmi qərar çıxarılacağı gözlənilir. Artıq PFL prezidenti Ramin Musayevin Məmmədovun Premyer Liqaya təyinat almayacağını deməsi, buna sübut kimi göstərilə bilər: “Ramin Musayevin belə fikir deməsinə inanmıram. Çünki onun fikirləri təhrif olunub”.

OXŞAR XƏBƏRLƏR