Rüşvətə görə işdən qovulan üç yol polisi barəsində cinayət işi başlanıb - VİDEO
Bütün Xəbərlər
13:15 27.01.2012
1707
Ötən il korrupsiya ilə bağlı Azərbaycanın prokurorluq işçiləri barəsində də cinayət işi başlanıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ötən il 5 prokurorluq işçisi barəsində 4 cinayət işi istintaq edilib.Həmin işlərdən birinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib və hökm çıxarılıb, 3-ü isə hazırda icraatdadır. Bundan başqa, korrupsiya hüquqpozmalarına yol verən 6 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan biri prokurorluq orqanlarından xaric edilib. K.Əliyev Baş Prokurorluqda rüşvət aldıqlarına görə işdən qovulan DYP əməkdaşları barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlandığını, istintaq davam etdirildiyini deyib. Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları – Fəqan Əvəzov, Natiq Məmmədov və Emin Paşayev xidməti vəzifələrinin icrası zamanı yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində qanunla nəzərdə tutulmuş inzibati tədbirlər görmədiklərinə görə daxili işlər nazirinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilməklə barələrində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.