NATO-nun baş katibi Mark Rütte bildirib ki, Ukrayna münaqişənin başa çatdırılması ilə bağlı mümkün razılaşma çərçivəsində öz gələcəyini müəyyən etmək imkanına malik olmalıdır.
O, bunu ABC News telekanalına müsahibəsində deyib.
"Bizə Ukraynanın danışıqlar masasında olması lazımdır”, – Rütte vurğulayıb.
Onun sözlərinə görə, NATO qoşunlarının Şərqi Avropada mövcudluğu ilə bağlı da "heç bir məhdudiyyət” olmamalıdır.
/APA