Rövnəq Abdullayev açılış etdi

Rövnəq Abdullayev açılış etdi
İQTİSADİYYAT
10:00 23.04.2014
1945

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri "Bulla-dəniz" yatağındakı yeni istismara verilmiş 122 saylı stasionar dəniz özülündə qazılacaq 124 saylı birinci istismar quyusunun qazma dəzgahının işə salınma mərasimində iştirak ediblər.

AZXEBER.COM ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə bildirilib ki, 2013-cü ilin noyabr ayından etibarən ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında inşasına başlanılan 122 saylı stasionar dəniz özülün tikintisi Şirkətin "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilib. 3 istismar quyusunun qazılması üçün nəzərdə tutulan 10 bloklu özül dənizin 26 metr dərinliyində yerləşdirilib. İki hissədən - istehsalat və yaşayış sahələrindən ibarət olan özül hər birinin uzunluğu 47 metr olan 2 ədəd piyada körpüsü ilə əlaqələndirilib. Burada işçilərin rahat və təhlükəsiz çalışması üçün 100 nəfərlik müasir vaqon tipli məişət-yaşayış kompleksi tikilib, özül Amerika-Çin istehsalı olan ən müasir qazma avadanlıqları, 11 ədəd yanalma və minik meydanşası, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemi, yanğından mühafizə sistemi, 3 ədəd qaldırıcı hidroaktiv kran, bioloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz edilib.

Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə 6 ədəd dizel elektrik generatoru və 1 ədəd köməkçi generator quraşdırılıb, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilib. Özüldən qazılacaq quyulardan sutkada ümumilikdə 450 ton kondensat və 2 milyon 400 min kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur. Qazma prosesi zamanı quyuların işinə nəzarət və geofiziki-ölçmə işləri dünya standartlarına uyğun aparılacaq. Özüldə istismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək. Gələcəkdə hasil olunacaq qaz və kondensatın təhlükəsiz nəqli məqsədi ilə ümumi uzunluğu 6 kilometr olan özüllərarası boru xətlərinin tikintisi nəzərdə tutulur.

Görülmüş işlərdən razılığını bildirən ARDNŞ-nin prezidenti R.Abdullayev yataqda qazılacaq 124 saylı birinci istismar quyusunda qazma dəzgahını işə salıb. ARDNŞ-nin prezidentinə məlumat verilib ki, layihə dərinliyi 6000 metr olan bu quyu Məhsuldar Qatın VIII horizontunun neft-qazlılığını öyrənmək, sahənin tektonikasını və litoloji-stratiqrafik kəsilişini dəqiqləşdirmək məqsədi ilə "Kompleks Qazma İşləri" Tresti tərəfindən qazılacaq. Qazma prosesi karbohidrogen əsaslı qazma məhlulundan istifadə etməklə ən müasir və yüksək keyfiyyətli avadanlıqlar vasitəsi ilə həyata keçiriləcək, quyunun işinə nəzarət və geofiziki-ölçmə işləri dünya standartlarına uyğun aparılacaq.

ARDNŞ-nin pezidenti qazmaçılarla söhbət zamanı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Neft Şirkəti qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi məqsədi ilə aparılan kompleks tədbirlər çərçivəsində hasilat və kəşfiyyat işlərinin genişləndirilməsinə xüsusi diqqət yetirlir. O, ölkənin qaz təsərrüfatının yaxşılaşdırılması, durmadan artan qaz hasilatı, qaz-nəql infrastrukturunun genişləndirilməsi sahəsində həyata keçirilən tədirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir