Rövnəq Abdullayev Azərbaycan - Malta oyunundan danışdı

İDMAN
17:05 14.08.2013
1364
AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra AFFA prezidenti Rövnəq Abdullayev futbol üzrə Azərbaycan millisinin bu gün Malta ilə keçiriləcəyi yoldaşlıq oyunu ilə bağlı fikirlərini açıqlayıb.Jurnalistlərin suallarını cavablandıran AFFA prezidenti oyundan qələbə gözlədiyini bildirib: “Siz necə, biz də elə, qələbə gözləyirik. Yoxlama oyunu olsa da, bizim üçün qələbə vacibdir. Seçmə, yaxud da yoxlama xarakteri daşımasından asılı olmayaraq bütün oyunlarda yığmamızın qələbə qazanmasını istəyirik”.Xatırladaq ki, Azərbaycan və Malta milli komandaları arasında yoldaşlıq oyunu bu gün saat 21:00-da "Bakcell Arena"da keçiriləcək. Bu komandaların indiyə qədər üz-üzə gəldikləri hər 3 oyunda Malta millisi qalib gəlib:19 aprel 1994. Ta Qali. Yoldaşlıq oyunu. Malta – Azərbaycan 5:06 fevral 2000. Ta Qali. Beynəlxalq turnir. Malta – Azərbaycan 3:0
OXŞAR XƏBƏRLƏR