Rövnəq Abdullayev “facebook” istifadəçilərinin suallarını cavablandırdı - VİDEO
İQTİSADİYYAT
18:00 11.06.2013
2574
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev "facebook" istifadəçilərinin suallarına cavab verib.AZXEBER.COM xəbər verir ki, ARDNŞ rəsmi Facebook səhifəsində yeni layihəyə start verilib. Layihə çərçivəsində şirkətin prezidenti Rövnəq Abdullayev səhifə istifadəçilərinin suallarını görüntülü cavablandırıb.Layihənin məqsədi təklif və iradlarınızın ARDNŞ rəhbərliyinə daha asan və sürətli çatdırılması olub.Rövnəq Abdullayevə obyektivliyin təmin edilməsi məqsədilə ən çox “Like” toplayan sualları cavablandırıb.Qeyd edək ki, ünvanlanan sualların intensivliyi və aktuallığı nəzərə alınaraq R.Abdullayev ay ərzində bir və ya bir neçə dəfə "facebook" istifadəçilərini maraqlandıran məsələlərə aydınlıq gətirəcək.