Rövnəq Abdullayev FIFA-nın prezidenti Yozef Blatterlə görüşüb

İDMAN
21:51 05.05.2015
1236

Bu gün İsveçrənin Sürix şəhərində AFFA-nın təşəbbüsü ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev FIFA-nın prezidenti Yozef Blatterlə görüşüb.

AZXEBER.COM xəbər verir ki, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı AFFA tərəfindən hazırlanmış hesabat kitabı FIFA-nın prezidentinə təqdim olunub, ölkəmizdə futbolun inkişafının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə FIFA-nın baş katibi Jerome Valcke, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

OXŞAR XƏBƏRLƏR