Rövnəq Abdullayev Türkiyə derbisi ilə bağlı qərara aydınlıq gətirdi

İDMAN
17:50 05.06.2013
2467
AFFA prezidenti Rövnəq Abdullayev Türkiyə Superkuboku uğrunda “Qalatasaray” - “Fənərbaxça” matçının Bakıda baş tutmamağına aydınlıq gətirib. "Apasport.az" saytının xəbərinə görə, assosiasiya rəhbəri Türkiyə Futbol Federasiyasının (TFF) müraciətinə niyə müsbət cavab verə bilməməklərini səbəbini açıqlayıb.O bildirib ki, TFF-nin nəzərdə tutduğu tarixdə - avqustun 11-dən 1 gün sonra matçın keçirilməsi nəzərdə tutulan Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan komandalarının oyunu planlaşdırılıb: “Öz komandalarımız üçün stadionun hazırlanması və oyuna hazırlıq məsələləri gündəmə gəldiyi üçün məcburən mənfi cavab verdik. Həmin tarixdə matçın gerçəkləşməsi imkansız olduğundan, belə alındı”.
OXŞAR XƏBƏRLƏR