Rövnəq Abdullayev yeni çəkilən qaz xətləri ilə tanış olub
İQTİSADİYYAT
10:21 25.09.2013
1794
Bu gün Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Sabirabad, Saatlı və İmişlidə ölkə prezidentinin avqust ayında regiona səfəri zamanı qısa müddət ərzində rayon mərkəzlərinin qazlaşdırılması haqqında göstərişinə əsasən yerinə yetirilən işlərlə tanış olub.“Azəriqaz”-ın mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı ötən ay Sabirabad və Saatlı rayonlarına səfəri zamanı əhalinin “mavi yanacaq”la təminatının yaxşılaşdırılması barədə göstəriş verib.Ölkə rəhbərinin tapşırığına əsasən Sabirabad, Saatlı və İmişli rayonlarının qazlaşdırılması üçün kompleks tədbirlər görülüb və hər üç rayonun mərkəzində qazlaşdırma işləri başa çatıb.Təkcə bu ilin sentyabr ayında hər üç rayon üzrə 2362 abonentə “mavi yanacaq” verilib. Bunun 796-sı İmişlinin, 844-ü Sabirabadın və 722-si Saatlının payına düşür.Rayon mərkəzlərinin qazlaşdırılması üçün 184 kilometr 311 metr uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilib.Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev işlərin gedişi ilə tanış olmaq üçün bu gün İmişli, Saatlı və Sabirabad rayonlarında olub, sakinlərlə və tikinti işçiləri ilə görüşüb.Bildirib ki, hər üç rayon mərkəzləri tam qazlaşdırılıb və kəndlərdə qaz xətlərinin çəkilişi isə hələ də davam edir.Hazırda Sabirabadın 26, Saatlının 20 və İmişlinin də 20 yaşayış məntəqəsində qazlaşdırma işləri aparılır.