Rövşən Binəqədili xəstəxanaya yerləşdirildi - Səbəb açıqlandı

Rövşən Binəqədili xəstəxanaya yerləşdirildi - Səbəb açıqlandı
MAQAZİN
20:03 23.08.2025
452
Vətən müharibəsi zamanı patriotik mahnıları ilə məşhurlaşan müğənni Rövşən Binəqədili xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM sənətçinin səhhəti ilə bağlı məlumat almaq üçün onun prodüseri Məmməd Məhərrəmov ilə əlaqə saxlayıb.

Prodüser sənətçinin sağlamlığında ciddi problemlərin olduğunu və əməliyyat keçirdiyini açıqlayıb: 

"Rövşən bəy bir müddətdir sağlamlığı ilə bağlı ciddi problemlər yaşayır. Mədə xorasından əziyyət çəkir. Eyni zamanda bağırsaqlarında da ciddi narahatlıq var. Əməliyyat olunub, amma 6 ay müddətində müalicəsi davam etməlidir".

Məmməd Məhərrəmov sənətçinin eyni zamanda astma xəstəliyindən də əziyyət çəkdiyini bildirib.
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR