Rövşən Lənkəranski barədə şok iddia - VİDEO

Rövşən Lənkəranski barədə şok iddia - VİDEO
Bütün Xəbərlər
15:19 24.01.2013
6834

Rusiyanın paytaxtı Moskvada tanınmış "oğru", "Ded Hasan" ləqəbi ilə tanınan Aslan Usoyanın qətli ilə bağlı istintaq davam edir.

Milliyyətcə kürd, əslən Gürcüstandan olan "Ded Hasan"ın 2009-cu ildə Rusiyanın ən məşhur "oğru"su, "Yaponçik" ləqəbli Vyaçeslav İvankovun qətlinin sifarişçisi olduğu güman olunur.

"Yaponçik"in güllələnməsində şübhəli bilinən "Ded Hasan"ın qətlinin sifarişçisinin "Petrik" ləqəbli tanınmış "oğru"Aleksey Suvorovolduğu istisna edilmir."Oğru"lar "Yaponçik"in qətlində A.Usoyanı günahkar bilirdilər və "Petrik" də "Ded Hasan"ı bir güllə ilə məhv etdirəcəyini vəd etmişdi.Müstəntiqlər onu da vurğulayırlar ki, "Ded Hasan"ın Moskvadakı Xovanskoe qəbristanlığındakı dəfn mərasiminə Rusiyanın məşhur slavyan "oğru"larından kimsə qatılmamışdı.Slavyan "oğru"lar bu minvalla "Ded Hasan"ın cəzasını almış adam olduğunu nümayiş etdirmək istəyiblər.Moskva polisindəki mənbələr hesab edirlər ki, "Ded Hasan"ın aradan götürülməsində "Petrik" sifarişçi olsa da, ona yardım edənlər tanınmış "oğru"Merab Canqveladzeilə "Lənkəranski" ləqəbli azərbaycanlıRövşən Canıyevola bilər.Eyni zamanda, moskvalı polislər R.Canıyevin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olması, "Ded Hasan"ın ölümünə görə ondan qisas almaq fikrində olanlardan "qaçıb gizlənməsi" barədə deyilənləri boş iddialar hesab edirlər.Onların fikrincə, Rövşən Canıyev "oğru aləmi"ndə çoxlarının gözləmədiyi şəkildə mövqelərini möhkəmləndirərək slavyan "oğru"larla müzakirələr aparıb və "Ded Hasan"ın yolundan çıxdığına görə ondan qisas alınması qərarının hazırlanmasında dolayı yolla iştirak edib."Bu, "Ded Hasan"ın qətlində Rövşən Canıyevin əli olduğu anlamına gəlməsə də, "Ded Hasan"ın ölümündən sonra Rövşən Canıyevin mövqelərinin gücləndiyi şübhəsizdir", - moskvalı müstəntiqlər bildiriblər. (Milli.az)

OXŞAR XƏBƏRLƏR