17:25 Cümə, 22 Noyabr 2019
KRİMİNAL

Rövşən Lənkəranski haqqında yeni xəbərlər var - VİDEO

00:01, 06.01.20143837
Rövşən Lənkəranski haqqında yeni xəbərlər var -  VİDEO

Ded Xasanın varisi olmağa iddialı “Şakro Maladoy” İspaniyada cəzasını çəkdikdən sonra Rusiyaya qayıdacağı təqdirdə klanlar arasında mübarizə daha da gərginləşəcək.

Belə bir iddia ilə Rusiya mətbuatı çıxış edib.

AZXEBER.COM AzNews.az-a istinadən xəbər verir ki, istintaqın müəyyən iş aparmasına baxmayaraq, Ded Xasanın qatilini müəyyən etmək mümkün olmayıb: “Təhqiqatçılar Usoyanın Tverskidəki evində axtarış aparıblar. Çoxlu ekspertiza keçirilib. Camal Mikaladze, Rövşən Lənkəranskinin yaxın adamı olan Ülfət Tağıyev (Rufo Gəncinski) sorğu-sual edilib. Rufo Gəncinski ölümündən əvvəl Ded Xasanı izləyənlər arasında olub”.

Mətbuatın yazdığına görə, Moskvadakı Biryulovo bazarındakı hadisələrədən sonra Ded Xasanın ölümü ilə bağlı yeni versiya ortaya çıxıb: “Bu bazara Rövşən Lənkəranski başda olmaqla Ded Xasana müxalif olan qüvvələr tərəfindən nəzarət edilirdi. Hadisələrdən əvvəl burada xüsusi xidmət əməkdaşlarının iştirakı ilə qəribə olaylar baş verirdi”.

Mətbuatın yazdığına görə, hazırda İnterpol xətti ilə axtarışa verilən R.Lənkəranski Türkiyədə gizlənmək məcburiyyətindədir.

Başqa bir ölkəyə gedəcəyi təqdirdə onu həbs gözləyir.

XƏBƏR LENTİ