Rövşən Lənkəranskinin İtaliyada otelləri tapıldı - Mafiya birləşir

Rövşən Lənkəranskinin İtaliyada otelləri tapıldı - Mafiya birləşir
SOSİAL
12:00 19.10.2016
2549

 

 
İtaliya maliyyə polisi bir qədər əvvəl qətlə yetirilmiş qanuni oğru Rövşən Lənkəranskinin bu ölkədəki əmlaklarıyla bağlı araşdırmaya başlayıb. 

Polis Lənkəranskiyə aid iki otelin yerini müəyyənləşdirilib. İtaliyanın cənnət bölgələrindən sayılan Salerno yaxınlığındakı Pozitano qəsəbəsində yerləşən "Le Sirenuse” və "Hotel Covo dei Saraceni” otelləri Lənkəranski tərəfindən nəğd qiymətə alınıbmış. Qanuni oğru bu otellərə üst-üstə 101 milyon avro pul ödəyib.
 
 
Məlumata görə, "Covo dei Saraceni” oteli Lənkəranskinin kriminal aləmdəki müttəfiqi Şeyx Həmzət adyıla tanınan Xamzat Qastamirovun xanımının, ikinci oteli isə Rövşən yaxın qohumlarından birinin adına keçirib.

2014-cü ildə İtaliya azərbaycanlı kriminal avtoritet barəsində beynəlxalq axtarış elan edəndən sonra Lənkəranski adıgedən otellərdən başqa İtaliyada nəğd pulla aldığı restoranları və daha dörd koteci də Qastamirovun adına keçirməyə nail olub.
Xatırladaq ki, həmin vaxt Rövşən Lənkəranski mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinərək, İtaliya tərəfindən axtarışa verilmişdi.
Məlumata görə, adıgedən daşınmaz əmlak siyahısı bununla bitmir. Lənkəranskinin Berlində, Hamburq və Münhendə belə əmlakları var. Və onların idarəçiliyi də Qastamirov tərəfindən həyata keçirilir.
Bu həmin Qastamirovdur ki, bir qədər əvvəl elə həmin Berlində türk və çeçen kriminal dairələrini başına yığaraq Rövşən Lənkəranskinin qisasının alınacağını bildirmişdi. Başqa bir məlumata görə, Şeyx Həmzət qüvvələrini son illər Almaniyada yaşayan türk mafioz klanın lideri Bülənt Bafralı və cinayətkar aləmdə nüfuzlu olan Sedat Şahinlə birləşdirib. Mənbənin bildirdiyinə görə, belə bir birləşmə kriminal aləmdə son 26 ildə ilk dəfə baş verir. Tezliklə İtaliya mafiyasının boslarından sayılan Matteo Messina Denaro (ləqəbi "Dyabolik”) və Bernardo Provenzano da Şeyxə dəstək verəcəklərini bildiriblər.
///"sputnik”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim etdi
18:37 09.06.2026
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim etdi
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"