Tanınmış qanuni oğru Rövşən Lənkəranskinin ölümü haqqında xəbərlər Türkiyə mətbuatında da yer alıb.
AZXEBER.COM-un verdiyi məlumata görə, türk xəbər saytlarından biri “Ded Hasanın katiline İstanbulda infaz” adlı xəbər yayımlayıb.
Xəbərdə qeyd edilir ki, kürd əsilli Ded Hasanı Moskvada öldürən azərbaycanlı Rövşən Lənkəranski 4 gün əvvəl İstanbulda qətlə yetirilib. Bu nəticəyə Rusiyadakı istintaq qrupu mafiya başçıları arasındakı danışıqları dinləyərək gəliblər. Onlar Ded Hasanın qatilinin Rövşən Canıyev olduğunu və onun İstanbulda gizləndiyini müəyyənləşdiriblər. Fevralın 2-də isə İstanbulda çox sayda silahlı şəxs hücum edərək Rövşən Lənkəranskiyə atəş açıb və onu qətlə yetirib.