Məşhur müğənni Röya Ayxan yaradıcılığında növbəti yeniliyə imza atıb. İfaçı yeni klipini ərsəyə gətirib.
Röyanın mətbuat katibi Türkan Məmmədlinin AZXEBER.COM-a verdiyi məlumata görə, klip, musiqisi Pərviz Mahmudovun sözləri Azər Şirinin olan “Mən sənsiz” adlı mahnıya çəkilib.
Klipin rejissoru Müjdat Küpçi, stilisti Baner Hamamcı meneceri isə Yeşim Demirdir. Yeni ekran işi üzərində ümumilikdə 30 nəfərdən ibarət heyət çalışıb. Röya klipdə 5 fərqli obrazda çəkilib.
“Mən sənsiz” klipinin əsas görüntüləri İstanbuldan bir az uzaqda yerləşən “Muhtəşem yüz yıl” serialının çəkiliş məkanında lentə alınıb.
“Mən sənsiz” adlı klipin avqust ayında tamaşaçılara təqdim olunacağı gözlənilir.






