Röya 8 il həbs oluna bilər - FOTO

Röya 8 il həbs oluna bilər - FOTO
MAQAZİN
12:14 28.11.2016
14301

 

 
Xəbər verdiyimiz kimi əməkdar artisti Röya Ayxan Heydər Əliyev Sarayında baş tutan konsertinə media nümayəndələrinin bir qismini buraxmayıb.

Əməkdar artistin bu addım barədə musavat.com saytı maqazin jurnalistləri arasında sorğu keçirib, sorğuda səsləndirilən fikirlər isə sənətçinin xoşuna gəlməyib.

O, "İnstaqram" səhifəsində Qafqazinfo.az saytının əməkdaşı Elvin Elxanı rəyinə görə təhqir edib: "Elvin, çox gülməlisən. Yaxşı maaş alsaydın, sənə dava açardım. Amma yazığım gəlir sənə. Odur ki, dinmirəm. Bu arada "Xəzər" televiziyası ilə müqavilə var, mən 100 yox, 4 verilişə çıxmışam. Ağıllı ol, çünki 5 il çox vaxt deyil, mənə vaxt qoyanlar arasına girmə, oğulcuq. Gələndə o qədər axmaq-axmaq suallar verirsiniz ki, adamın olmayan əti tökülür. Sizin yeriniz "İnstaqram"-dır, oradan oğurlayıb, yazın. Elvinsən, nəsən, şübhən varsa, biletlər 2 ay öncə satılıb".

Əməkdar artist daha sonra jurnalist barədə ikinci statusunu yazıb: "Konsertə yazarları buraxmayanlara "çox sağ ol" deyirəm. Heydər Əliyev Sarayı bu qanunu yaxşı ki, çıxarıb. Qoy, gedib hesablarını ora ilə aparsınlar. Elvin Elxan, bir də başından böyük qələt edib, adımı yazarsan, eşitdin? Vəkillər startdadır".

Röya daha sonra statuslarını silib.

Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə musavat.com saytına açıqlamasında Röyanın jurnalistlərin Saray əməkdaşları tərəfindən konsertə buaxılmaması barədə rəyinə aydınlıq gətirib. O, bildirib ki, Röyanın açıqlaması əsassızdır: "Sarayın adı hallanır, amma olanların Sarayla heç bir əlaqəsi yoxdur. Heç bir media nümayəndəsi qapıdan geri qaytarılmayıb. Yalnız Apa-dan fotoqraf dostumuz Ramil buraxılmayıb. Onu da mən izah etmişəm ki, fotoqrafları buraxmırlar. Çünki özləri foto çəkib kimə lazımdırsa, göndərirlər və bir sıra informasiya agentliklərinə dəvətnamə veriblər ki, tamaşaçı kimi gəlib baxsınlar. Və şəxsən mən mənimlə əlaqə saxlayan bir sıra media nümayəndəsi dostlarımıza əvvəlcədən vəziyyəti izah etmişdim. Bir sözlə tədbir mətbuata qapalı deyildi və təşkilatçılar media nümayəndələrinə dəvətnamə verdiklərini, dəvətnaməsiz də heç kimin içəri keçməyəcəyini bildirmişdi".

Röya-jurnalist qalmaqalı barədə hüquqşünas Ruslan Əhmədoğlu fikir bildirib.

O, saytımıza açıqlamasında qeyd edib ki, şantaj, hədə-qorxu ilə tələb etmə halında həmin şəxs cinayət məcəlləsinin 182 maddəsinə əsasən 3-8 ilə qədər həbs edilə bilər:

"Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Bununla yanaşı Kütləvi İnformasiya Vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir. Qanuni şəkildə jurnalist fəaliyyəti göstərən şəxsin hüquqların məhdudlaşdırmaq birmənalı hüquq pozuntusudur! Şantaj, təhqir və şərəf ləyaqətinə toxunan sözlər ilə jurnalist üzləşibsə, aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına müraciət etməyi məqsədə uyğundur. Şantaj, hədə-qorxu əmlak tələbinə bağlı olmadığı üçün mülki qaydada baxıla bilər. Şantaj, hədə-qorxu ilə tələb etmə halında cinayət məcəlləsinin 182 maddəsinə əsasən 3-8 ilə qədər həbs edilə bilər"

Qeyd edək ki, Elvin Elxan jurnalistlərin konsertə buraxılmaması barədə bunları demişdi: "Biz artıq müğənnilərin bu cür söz-söhbətlərindən bezmişik. Röya axır vaxtlar eyforiyaya qapılıb, başının üstündə ulduzlar fırlanır. Özü də bilmədən elə qərarlar çıxarır ki, lap insanın gülməyi gəlir. Bizim sənətçilər hələ də jurnalistlərin gücünü başa düşməyiblər. Röyaya xatırladaq ki, mətbuatla arasının soyuq olduğu üçün konsertinin də reklamı zəif oldu. Bir telekanalda gün ərzində 100 verilişə çıxdı, onun sayəsində biletlərinin satışı oldu. Belə getsə, yaxın 5 ildə Röyanın şou-biznesdə izi-tozu qalmayacaq”.
 






 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:45 11.07.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR