Röya:" Arxamca danışan kişiləri "fındıq" adlandırıram" - VİDEO

Röya:" Arxamca danışan kişiləri "fındıq" adlandırıram" -  VİDEO
ŞOU-BİZNES
12:23 28.04.2014
1652
“Bu sözləri danışanların içərisində öz tanışlarım da var, özü də kişi müğənnilərdir”.
Müğənni Röya aprelin 18-də Moskvada Kreml Sarayındakı verdiyi konsertindən danışarkən səs-küylü açıqlamalar verib.
AZXEBER.COM xəbər verir ki, müğənni bu haqda “10lar” verilişinə belə deyib:
“Konsert çox xoşuma gəldi. Böyük enerji aldım. Kənan (müğənninin prodüseri ) sarayın direktorunun otağına girib görüb ki, orada bir Alla Puqaçovanın şəkli, bir də mənim konsertimin afişası asılıb. Direktor məni görəndə dedi ki, sən Azərbaycanın Allasısan. Çox balacasan, amma gələcəkdə Alla kimi olacaqsan. Bunu heç vaxt düşünməmişdim”.
Röya onun haqqında şayiə yayan həmkarlarının da cavabını verib:
“Burada danışıblar ki, biletlər satılmayıb, qapını açıb, insanları içəri keçiriblər. Bu sözləri danışanların içərisində öz tanışlarım da var, özü də kişi müğənnilərdir. Hansı ki, ad günlərinə çağırdılar getmədim. Onlar “konfet-konfet” söhbətləri edib, özlərini “fındıq-fındıq” aparırlar. Elə kişi müğənnilərə təzə ad qoymuşam: fındıq”.
OXŞAR XƏBƏRLƏR