Bu yaxınlarda Türkiyə vətəndaşı ilə nişanlanan müğənni Aygün İsmayılova ailəsinə görə yaradıcılığından əl çəkir. Toydan sonra o, Türkiyəyə, ərinin yanına köçəcək. "Hamı bilir ki, Türkiyə şou-biznesində məşhurlaşmaq üçün bizdəki kimi istedad deyil, pul lazımdır. Mənim isə elə imkanım yoxdur. Odur ki, İradə İbrahimova və Yeganə Mürsəlova kimi yalnız Azərbaycana gələndə efirlərdə görünəcəm", - deyə müğənni Xəzər telekanalının "Starlife" verilişinə açıqlamasında deyib. İsmayılova hesab edir ki, Röya Ayxan, Aygün Kazımova və Brilliant Dadaşova Türkiyədə nəyəsə nail ola bilərlər, çünki uzun müddətdir ki, səhnədədirlər.//day.az