Röya Ayxandan akustik partlayış - KESİN BİLGİ

Röya Ayxandan akustik partlayış - KESİN BİLGİ
MAQAZİN
11:49 11.07.2025
180
Xalq artisti, pop musiqisinin kraliçası Röya Ayxan illərin unudulmayan hitini – "Kesin Bilgi” mahnısını bu dəfə akustik versiyada təqdim edib.
 
AZXEBER.COM xəbər verir ki, söz və musiqisi Gülşenə məxsus olan bu duyğulu ifa, Röyanın güclü vokalı və emosionallığı ilə tamam yeni bir ruha bürünüb.
 
Akustik versiyanın musiqi rəhbəri Maestro Sezgin Tellaloğludur.
 
Musiqi tərtibatında skripka, violonçel, piano, gitara və digər canlı alətlərin iştirakı mahnının emosional qatını daha da dərinləşdirir. Klipin rejissoru məşhur Kemal Başbuğdur. Prodakşn rəhbəri Şaban Tokdemir, operator Sezgin Denkçi, montaj və rəng korreksiyası da Kemal Başbuğa məxsusdur.
 
Geyim üzrə stilinq Ləman Süleymana, səs rejissoru isə Ferhat Fidana aiddir. Röya bu ifa ilə dinləyicisinə sadəcə bir mahnı yox, yaşanmış duyğular, unudulmayan bir şəxs obrazı və qadının iç dünyasını bəxş edir. "Kesin Bilgi” bir daha sübut edir: Röya yalnız səslə yox, hisslə oxuyur və yaşadır.
 
OXŞAR XƏBƏRLƏR