Röya Ayxandan oğlu ilə bağlı paylaşım - FOTO

Röya Ayxandan oğlu ilə bağlı paylaşım - FOTO
MAQAZİN
09:39 29.12.2021
556
Xalq artisti Röya Ayxan sosial şəbəkədə yeni paylaşım edib. 

AZXEBER.COM xəbər verir ki, sənətçi instaqram hesabında oğlu Hüseynlə olan fotosunu yayımlayıb.

İfaçı övladı ilə çəkilən şəkilinə ürək işarəsi qoyub. Onun bu paylaşımı izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb.

Röyanın oğlu ilə olan fotosuna qısa müddətdə çoxsaylı şərhlər yazılıb, xeyli bəyənmə gəlib. 

Qeyd edək ki, Röya 2008-ci ildə iş adamı Çingiz Cəlilovun oğlu Anar Cəlilovla ailə həyatı qurub. Onların bu evlilikdən Hüseyn adlı övladları dünyaya gəlib. Cütlük 2014-cü ildə həyat yollarını ayırıb. Röya Anardan sonra ailə qurmayacağını bildirib.
 

 


OXŞAR XƏBƏRLƏR