Xalq artisti Röya Ayxan 20 il əvvəl repertuarına daxil etdiyi və karyerasında mühüm dönüş nöqtəsinə çevrilən "Səninəm” mahnısını bu dəfə akustik versiyada təqdim edib.
AZXEBER.COM xəbər verir ki, sözləri İsmayıl Dadaşova, musiqisi isə Hüseyn Abdullayevə məxsus olan bəstə maestro Sezgin Tellaloğlunun musiqi rəhbəri olduğu orkestrin müşayiəti ilə yenidən səsləndirilib.
Akustik aranjimanda təqdim olunan "Səninəm” mahnısı canlı instrumental ifalarla müşayiət olunub. Layihədə ümumilikdə 13 musiqiçi iştirak edib.
Yeni versiyaya Türkiyədə videoçarx da çəkilib. Klipin rejissoru tanınmış sənət adamı Kemal Başbuğdur.