‘Röya bu gecə ancaq geyimində cəsarətli idi’ – Jurnalistin konsertdə gördükləri

‘Röya bu gecə ancaq geyimində cəsarətli idi’ –  Jurnalistin konsertdə gördükləri
MAQAZİN
14:50 29.01.2014
7299

Dünən Röyanın konsertində idim. Birinci hissəni dinləyə və izləyə bildim.

Səhnədə bir-birilə yola getməyən Röya və tamaşaçılar vardı.

Röya olduqca həyəcanlı idi. Ən sevilən mahnılarına həyəcandan qəsd edirdi...

Özünə gələndə isə tamaşaçı onu bağışlamadı... Alqışlar könülsüz idi.

Bu tamaşaçı nə istəyir? Gözəl ifa? Şou? Səmimiyyət?.. Hərəsindən azacıq da olsa var idi. Niyə qane olmadılar axı...

Yaxınlıqda əyləşən tamaşaçı diqqətimi çəkdi. Əlində telefon, oyun proqramına köklənmişdi... Oturmağa və izləməməyə israrlı idi. Biletinə heyfi gəlirdi, yoxsa dinləmə mədəniyyəti yox idi?...

Röya bu gecə ancaq geyimində cəsarətli idi. Tamaşaçı yumorlarını anlamaqda çətinlik çəkəndə ciddiləşib tez-tez aydınlıq gətirirdi...

Geyimdən söz düşmüşkən, bu gün hamı təqliddən danışır. Deyirlər, Röya Günayı təqlid edib. Nə olsun ki... Günay İbrahimli də Ledi Qaqanı təqlid edib... İkisi də Ledi Qaqadır. Həm də deyillər.

Röya dünən bir gününü qurban verdi. İncəsənət qurban tələb edir.

Bir neçə gün beləcə davam edəcək. Yenə həmin Röya, həmin tamaşaçı. Heç nə dəyişməyəcək. Quyuya su tökməklə quyu olmur. Gərək quyunun gözünü açasan...

LaləYusifqızı

OXŞAR XƏBƏRLƏR