Röya "Dol"u təqdim etdi - FOTO - VİDEO

MAQAZİN
11:51 13.12.2024
257
Pop kraliça Röya Ayxan "Dol” adlı yeni mahnısını təqdim edib.

AZXEBER.COM xəbər verir ki, mahnının sözləri OGB-yə, musiqisi isə Kazımcana məxsusdur.
 
Fərqli üslubu əks etdirən bu mahnı rəngarəng klipi ilə də diqqət çəkib.
 
Mahnıya çəkilən klip İstanbulun metro stansiyalarında lentə alınıb.
 
Klipin rejissorları Türkiyədə məşhur olan Samet Eruzun və Ümit Şahindir. Onlar əvvəllər Simge, KÖFN, Emre Fel və digər məşhur sənətçilərin kliplərinə imza atıblar.
 
Klipdə Röya iki fərqli və qeyri-adi geyimdə görünür və onu iki rəqqas müşayiət edir. Görüntülər metro stansiyalarının unikal atmosferində çəkilib, dinamik və cəlbedici səhnələrlə doludur.
 

 

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR