AZXEBER.COM xəbər verir ki, bu fikirləri işğaldan azad edilmiş ərazilərimizə qayıdışla bağlı Xalq artisti Röya Ayxan deyib.
Xalq artisti sözlərinə belə davam edib:
"Belə bir qayıdışda iştirak etdiyim üçün çox şanslıyam. Füzulidə də konsert verəndə baxdım ki, artıq əhali oradadır. Yavaş-yavaş hər kəs öz evinə gəlir. Arzularım sənətimlə bağlıdır. Orada böyük orkestrlə konsert vermək istəyirəm. Əminəm ki, mənə qismət olacaq. Sevərək evlərinizə dönün, birlikdə o gözəl günləri yaşayaq, bayramları sizin yanınızda olum. Biz artıq evlərimizə qayıdırıq!”.
Aysel