Röya 'facebook'da onu qalib edənlərə təşəkkür etdi
13:15 28.03.2013
4890
Xəbər verdiyimiz kimi, AZXEBER.COM portalı “Facebook”da ən çox fanatı olan azərbaycanlı müğənni müəyyənləşdirilib. 10 ən məşhur azərbaycanlı müğənni arasında keçirilən yarışmada Röya Ayxan və Aygün Kazımova hamıdan çox səs toplayaraq finala vəsiqə qazanıb. Finalda Röya 3 min səs üstünlüylə Aygünü məğlub edib və "facebook"da ən çox fanatı olan müğənni seçilib. Sorğuda ümumilikdə 50 minə yaxın insan iştirak edib və onlardan 20 minə yaxını Röyaya dəstək olub. Röyaya qələbə xəbərini müğənninin mətbuat katibi Alovlu Ülviyyə çatdırıb. O özü bu haqda AZXEBER.COM-a məlumat verib: "İndicə Röya ile telefonla danışdım və fanatların sayəsində qalib olduğumuzu söylədim. Röya dedi ki, şəxsən mənim adımdan çatdır ki, mənə səs verən, məni hər zaman dəstəkləyənlərin hər birinə təşəkkür edir. Çox sağ olun, əziz dostlar. Hər birinizi çox istəyirik"