'Röya heç oğluna süd verməyib, qaldı ki mənə' - Tolik

MAQAZİN
16:10 22.10.2013
3232
Prodüser Tolik açıqlaması ilə yeni qalmaqalın təməlini qoyub.Axşam.az-ın məlumatına görə, ATV telekanalında yayımlanan “Gün keçir” verilişinə qonaq olan prodüser efir boyunca Röya haqqında danışmaq istəməyib.Tolikin “Süd verən qadınlar haqqında danışmaq istəmirəm” sözü hər kəsi təəccübləndirib. O, Röyanın “Tolikə süd vermişəm” ifadəsinə cavab verib:“Röya heç oğlu Hüseynə süd verməyib. Mənə harada süd verdi? Bəlkə də, Röya o sözü pis mənada demədi. Amma şişirdildi, bu da arada narazılıqlar yaratdı. Həmin qalmaqaldan sonra Aygün Kazımova mənə zəng vurub dedi ki, Tolik, əsəbiləşmə, bu söhbəti çıxaranların məqsədi qanqaraçılıq yaratmaqdır. Hansısa müğənni ilə aramızda mübahisə ola bilər, amma onun ifasına söz demirəm. Bu yaxınlarda İstanbulda olanda Röyanın “Gəmiçilər” albomunu aldım. Onun sevdiyim mahnıları var”.Xaraktercə qapalı biri olduğunu deyən Tolik sirrini heç bir şou-biznes nümayəndəsinə açmadığını bildirib:“Heç vaxt sirrimi şou-biznes nümayəndələrinə demirəm. Hətta indi birlikdə çalışdığım gənc müğənni Sevda Yahyayevaya çox şeyi danışmıram. Sevda da bəzi sirlərini məndən gizlədir. Bu cür rahatdır, arada pərdə var”.Tolik Röyanın Azərbaycan mədəniyyətində iz qoyacaq bir ifaçı olduğunu əlavə edib:
OXŞAR XƏBƏRLƏR