Röya işçisinə ev hədiyyə etdi

MAQAZİN
14:12 22.02.2013
3004

Müğənni Niyam Səlamidən xəbər var.

İfaçı açıqlamasında bəstəsi Cavanşir Quliyevə məxsus olan, xalq artisti Aygün Kazımovanın ifasında səslənən “Novruz gəlir” adlı mahnını oxuyacağını bildirib.Bir neçə gün bundan öncə Flora Kərimovanın repertuarına müraciət edən Niyam Səlami, bu mahnının da icazəsini xalq artistindən alıb. Ümumiyyətlə, bu mahnı layihə şəklində radio dalğalarının birində təqdim olunacaq.Yeri gəlmişkən, N.Səlami “Pərdə” verilişində həmkarı və dostu Röyaya evini satdığını deyib.“Evimi satmaq qərarına gəldim və bu evi ancaq Röyaya sata biləcəyimi düşündüm. Çünki evin divarlarında onun rəsmləri var. O, mənə “yox” demədi və aldı. Bildiyimə görə evi işçilərindən birinə, ya Kənana, ya da digər işçisinə alıb. Dəqiq deyə bilmərəm”.

OXŞAR XƏBƏRLƏR