Röya: Mən bu ölkədə heç kimə inanmıram - VİDEO

MAQAZİN
00:18 19.04.2015
4349

Müğənni Röya ANS-də “Əslində mən” verilişinin qonağı olub.

AZXEBER.COM xəbər verir ki,ifaçı aparıcı Ülviyyə Alovlunun “Sənə “oxuma” desələr, nə edərsən?” sualına belə cavab verib:

“Oğlumu da götürüb çıxıb gedərəm bu ölkədən. Çünki heç kimə inanmıram. Heç sevənlərimə də inanmıram. Mən bu sözbazların içində oturmaram, yoxsadedi-qodular çoxalacaq. Ya gərək kimisə öldürüm qatil olum, ya da özümü öldürüm, oğlum tək qalsın.

Ən yaxşısı isə uşağımı götürüb çıxıb getməliyəm. Çünki burda ən yaxın dost adamın üstünə çıxar. Biz çox unutqan millətik. Sevənlərimməni də unudar.Məni müğənnilikdən əlavə, şəxsiyyət kimi sevənlərçoxdur. Heç olmasa 40-50 yaşıma kimi bacarım, oxuyum”.Aparıcının ikinci evlilik barədə“Xarici vətəndaş olsa ailə quraram. Zarafat edirəm, heç bu haqda düşünməmişəm. Mən 25 yaşında da bir uşaqla qalsaydım, ərə getməzdim. Kişi kimi adamam, gərəkərə getmiyim, kimisə alım. Düşünürəm ki, artıq kimləsə bir evdə yaşaya bilmərəm, əsəblərim yerində deyil. Günə 7-8sakitləşdirici atıram. Buna hansı kişi dözər?”, - deyə şərh bilıdirib.

OXŞAR XƏBƏRLƏR