AZXEBER.COM-un Day.Az saytına istinadən verdiyi məlumata görə, o, ATV-nin "10-lar" proqramında açıqlamasında ad çəkmədən belə deyib: "Qoy onlar efirlərdə mənim adımı çəkməsinlər, çünki buna layiq deyillər. Ona görə ki, insan kimi mən onlardan çox yüksəklərdəyəm".Röya fikrini belə davam etdirib: "Mənim "dünyaya gətirdiyim" uşaq (Tolik) öz "anası" haqda belə şeylər danışa bilməz. Hara getsə də, hər il olduğu kimi, yenə boynunu bükərək yanıma qayıdacaq. Amma artıq bu haqda danışmaq istəmirəm".Röya həm də qeyd edib ki, özünün ucaltdığı kəslərdən kimi istəsə, asanlıqla "silə" bilər.Müğənni Türkiyədəki populyarlığından da danışmağı unutmayıb: "Son zamanlar Bakıya gələn 3 türk müğənnisi bizim bütün sənətçilərimizdən yalnız mənim adımı çəkiblər. Mən bunu dərk edirəm, buna görə də, hər kəsə söz verirəm ki, gələn il bütün Türkiyə məni tanıyacaq!"









































