Röya qalmaqalla yox, yeni mahnısıyla gündəmə gəldi

MAQAZİN
17:00 15.07.2013
2470

Bir neçə gündür bəstəkar Pərviz Mahmudovun yeni mahnısı radio dalğalarında eşidilir.. Röyanın “Sil getsin” mahnısı Youtube kanalında iki gün ərzində 30 min nəfər tərəfindən izlənilib. P. Mahmudovun sözlərinə görə, mahnı ilə bağlı çox sayda təbrik zəngləri olub: “Bu məni çox sevindirir. Hər zamankı kimi öz işimdən zövq alıram. Hər bir işimin uğurlu alınmasına çox şadam. Gördüyün işin ön pilləsində olmaq fəxrdir. Hər kəsə məşğul olduğu sənətdə bunu arzu edirəm”.

“Sil getsin”in sözləri Leyli İsrafilovaya məxsusdur. P. Mahmudov 30-dan çox hit mahnının müəllifidir.

OXŞAR XƏBƏRLƏR