Röya qardaşına prodüserlik edəcək - VİDEO

Röya qardaşına prodüserlik edəcək - VİDEO
MAQAZİN
10:21 14.01.2026
1617
Xalq artisti Röya Ayxan özünü prodüser kimi sınamaq qərarına gəlib.

AZXEBER.COM xəbər verir ki, bu barədə sənətçi ötən axşam özəl məkanlardan birinin səhnəsində baş tutan konserti zamanı açıqlama verərəkən deyib.

Estrada ulduzu bildirib ki, qardaşı İsmailzadeyə prodüserlik edəcək və onun yaradıcılığına tam dəstək göstərəcək.

Xalq artisti qardaşı barədə yüksək fikirlər səsləndirib:

"Həm dostumdur, həm də qardaşımdır. Düşünürəm ki, eyni zamanda yetirməmdir. Studiyaya daxil olanda vaxtımı ona həsr edirəm. Çox istedadlıdır. Mahnı yaza bilən insanlara həmişə paxıllığım tutub. Xalq artisti Zülfiyyə Xanbabayevadan başqa Əkbər üçün çox gözəl mahnı yazıb. Bu arada İlqarə üçün də bir bəstə hazırlayıb”.

Qeyd edək ki, Röya Ayxanın prodüserlik fəaliyyətinə başlaması onun yaradıcılığında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
 
Aysel

OXŞAR XƏBƏRLƏR