Röya şou-biznesin ən bahalı klipini çəkdirdi - VİDEO
11:00 03.06.2012
2597
Yerli klip bazarının ən bahalı ekran işi olan "Unutmaq istədim" təqdim edilib Röyanın və yerli klip bazarının ən bahalı ekran işi təqdim edildi. Nailə Mirməmmədlinin Cavid Qurbanovun sözlərinə bəstələdiyi “Unutmaq istədim” adlı mahnısına çəkilmiş klip artıq internet istifadəçilərinin ixtiyarına verilib. Müğənni tərəfindən 80 min avro dəyərində qiymətləndirilən ekran işi özünü doğruldub. Tamaşaçı 4 dəqiqə 7 saniyəlik videoçarxda gözəl bir ssenarini izləmiş olur. "Unutmaq istədim" klipinin sujet xətti çox maraqlıdır. Xəyanətlə üzləşən xanım ayrılmağa qərar versə də, xatirələr onu rahat buraxmır. Sevgilisi ilə yaşadıqlarını birdəfəlik yaddaşından silib, bu əzabdan qurtulmaq istəyən xanım qeyri-adi bir addım atır. O, xatirələrdən xilas olmaq üçün hafizəsinin bir hissəsini, nakam sevgisinə aid bütün xatirələri sildirmək qərarını verir və bunun üçün mütəxəssisə müraciət edir... Klipi Türkiyədə ərsəyə gəlib. Klipi Güney Azərbaycandan olan, Türkiyədə yaşayan Əmir Xəlilzadə ekranlaşdırıb. Ekran işində İngiltərə və Rusiyadan dəvət olunmuş aktyorlar çəkilib.