Röya “Sultanım”a yeni nəfəs verdi - VİDEO

Röya “Sultanım”a yeni nəfəs verdi - VİDEO
MAQAZİN
20:33 21.03.2025
181

Xalq artisti Röya Ayxan böyük sevgi və rəğbət qazanan "Sultanım” mahnısını akustik versiyada təqdim edib. 

AZXEBER.COM xəbər verir ki, sözləri Nadoya, musiqisi Pərviz Mahmudova məxsus olan mahnıya maestro Sezgin Tellaloğlunun musiqi rəhbəri olduğu orkestr ilə yeni nəfəs verilib.

Xalq artistinin bu dəfə akustik variantda səsləndirdiyi "Sultanım” mahnısı instrumental alətlərlə müşayiət olunub.

Sənətçi bəstəyə Türkiyədə video çarx da hazırlatdırıb. Video rolikin müəllifi rejissor Kemal Başbuğdur. 

Qeyd edək ki, "Sultanım” mahnısının akustik variantda təqdimatında 13 musiqiçi iştirak edib.


OXŞAR XƏBƏRLƏR