"Röya tibb müəssisəsində PR menecer vəzifəsində çalışır" - Nazirlikdən açıqlama

"Röya tibb müəssisəsində PR menecer vəzifəsində çalışır" - Nazirlikdən açıqlama
SOSİAL
14:56 05.02.2021
2789

Xəbər verdiyimiz kimi, ötən gün xalq artisti Röya Ayxan koronavirusa qarşı peyvənd olunub. Müğənninin öz instaqram hesabına yerləşdirdiyi görüntülərdən aydın olur ki, vaksinasiya prosesi özəl klinikalardan birində baş tutub, ona könüllü olaraq "Sinovac” vaksini vurulub. 

AZXEBER.COM "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu paylaşım əhalinin vaksinasiya olunmasına yönəlmiş təbliğat xarakteri daşısa da, insanlar arasında bəzi suallar yaradır. İstənilən şəxs poliklinikaya və ya özəl klinikaya gedib könüllü peyvənd oluna bilərmi? Könüllü peyvəndləmə mümkündürsə, o zaman əhalinin vaksinasiyası ilə bağlı mərhələlər nə üçündür?

Bildiyimiz kimi, yanvarın 18-dən başlanan vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətin peyvəndlənməsi nəzərdə tutulurdu. İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, yüksək riskli şəraitli işlərdə çalışanlar və digərləri daxildir. Digər tərəfdən isə, ilkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya strategiyası nəzərdə tutulur.

 

Mövzunu araşdırmaq üçün Bakıda yerləşən bir neçə özəl klinika ilə əlaqə saxladıq. Klinikalardan həmin tibb müəssisələrində əhalinin vaksinasiya edilmədiyini, yalnız işçilərin vaksinasiya prosesinə cəlb olunduğunu bildirdilər. 

Müraciət etdiyimiz dövlət poliklinikalarından bəzilərində hələ tibb işçilərinin vaksinasiyasının davam etdiyi deyilsə də, digərlərində artıq əhalinin vaksinasiyasına başlanıldığını, yaşı 65-dən yuxarı olanların peyvənd olunduğunu öyrəndik. Lakin bunun üçün əvvəlcədən qeydiyyata düşmək lazımdır. Qeydiyyat isə yaşı 65 və yuxarı olan, həmçinin son 1 il ərzində "COVID-19” analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulub.

Səhiyyə Nazirliyindən "Qafqazinfo”ya bildirdilər ki, peyvəndlənmə prosesi strategiyaya uyğun olaraq davam edir. Yəni istənilən şəxs könüllü şəkildə poliklinikaya müraciət edib peyvənd oluna bilməz: "Fevralın 8-dən etibarən "COVID-19” əleyhinə vaksinasiyasının növbəti mərhələsi başlanılacaq. Hazırda qeydiyyat davam edir, yaşı 65-dən yuxarı olan şəxslər randevu.its.gov.az saytından qeydiyyatdan keçməklə vaksinasiya oluna bilərlər. Qeydiyyat ona görə lazımdır ki, pandemiya dövrüdür, növbəsiz gələndə kütləvilik yaranır və qaydalar pozulmuş olur”. 

Nazirlikdən o da bildirilib ki, əhali peyvənd üçün özəl klinikalara müraciət edə bilməz, hazırda vaksinasiya yalnız dövlət poliklinikalarında həyata keçirilir. 

Müğənni Röya Ayxanın peyvənd olunmasına gəlincə isə… 

Nazirlikdən onu da öyrəndik ki, ifaçı fotosunu paylaşdığı özəl tibb müəssisəsinin sadəcə bir işçisi kimi peyvənd olunub:

"Özəl tibb müəssisəsi Səhiyyə Nazirliyinə öz işçilərinin sayını təqdim edir və həmin say əsasında tibb işçilərinin peyvəndlənməsi üçün tibb müəssisəsinə peyvənd təqdim olunur. Əgər hər hansı bir tibb müəssisəsi bu peyvəndi kənar bir şəxsə vurarsa və ya satarsa buna görə müəyyən məsuliyyət nəzərdə tutulub. Bu işə nəzarət edən qurumlardan biri də Səhiyyə Nazirliyidir. Sözügedən məsələ ilə bağlı özəl tibb müəssisəsinin rəhbəri Barat Yusubov Səhiyyə Nazirliyinə bildirib ki, Röya xanım artıq 1 ildən artıqdır ki, həmin tibb müəssisəsində PR menecer vəzifəsində çalışır. Vergilər xidmətinin portalında da qeydiyyatdan keçib. Onların rəsmi ştatda olan işçisi kimi peyvəndlənmədən keçib”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
15:30 29.06.2025
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
15:09 29.06.2025
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
14:54 29.06.2025
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb