Röya Türkiyə məşhurlarına rəqib oldu - FOTO + VİDEO

MAQAZİN
13:55 18.04.2013
1982
Röya Türkiyədə keçirilən daha bir yarışmada iştirak edəcək.AZXEBER.COM-un məlumatına görə, sənətçinin “Göndər” klipi “Pal Fm” tərəfindən keçirilən "2012 PalFM Müzik Ödülleri" (https://oduller.palfm.com.tr/) mükafatının "Ən yaxşı klip" nominasiyasına namizəddir. Röyanın "Göndər" klipi Aynur Aydının "Ayrılıklar mevsimi", Ziynet Salının "Her şey güzel olacak", Cezanın "Türk marşı", Demet Akalının "Türkan", Sılanın "Zor sevdigimden", Gükselin "Yalnız kuş", Yalının "Olmasa da olur" klipləri ilə yarışır."2012 PalFM Müzik Ödülleri" mükafatı "Ən yaxşı kişi sənətçi", "Ən yaxşı qadın sənətçi", "Ən yaxşı albom", "Ən yaxşı duet", "Ən yaxşı çıxış", "Ən yaxşı mahnı", "Ən yaxşı klip", "Ən yaxşı qrup", "Ən yaxşı layihə", "Ən yaxşı aranjeman", "Ən yaxşı sinql", "Ən yaxşı film musiqisi", "Ən yaxşı serial musiqisi", "Ən yaxşı səhnə performansı" nominasiyalarında təltif ediləcək.Türkiyənin ən məşhur sənətçilərinin də adının yer aldığı mükafatın təqdimetmə mərasimi mayın 7-də “İstanbul Edition Otel və Billionare Club”da baş tutacaq.Qeyd edək ki, “Pal Fm”in sahibi Türkiyədə yaşayan azərbaycanlı milyarder Mübariz Mənsimovdur.

OXŞAR XƏBƏRLƏR