Röya və Elçinin "Can"ı təqdim olundu - AUDİO

Röya və Elçinin "Can"ı təqdim olundu - AUDİO
MAQAZİN
12:11 23.12.2025
483
Xalq artisti Röya Ayxan və sevilən ifaçı Elçin Cəfərovun birgə təqdim etdiyi "Can” mahnısı son günlər sosial şəbəkələrdə böyük maraq doğurub. Xüsusilə TikTok platformasında sürətlə yayılan və bir neçə gündür trendə çevrilən mahnıya istifadəçilər tərəfindən minlərlə video çarx çəkilib.

AZXEBER.COM xəbər verir ki, böyük diqqət, sevgi və peşəkarlıqla ərsəyə gələn "Can" adlı mahnının klipi izləyicilərə təqdim edilib.
 
Mahnının söz və musiqisi Rafael Şabanova, aranjimanı isə Elvin İmanova məxsusdur.
 
Qeyd edək ki, mahnı artıq YouTube, Spotify, Apple Music və digər aparıcı musiqi platformalarında dinləyicilərin ixtiyarındadır.
 
Aysel


OXŞAR XƏBƏRLƏR