“Özüm qorxdum deyə sizi də qorxutmaq qərarına gəldim”
Görkəmi və geyimləri ilə hər zaman diqqət çəkməyi bacaran məşhur müğənni Röya Ayxanın yeni məzəli görüntüsü paylaşılıb.
AZXEBER.COM-un məlumatına görə, sosial şəbəkənin fəal istifadəçisi olan, demək olar ki, hər gün izləyiciləri ilə yeni şəkillər paylaşan ifaçı bu dəfə hər kəsi təccübləndirib. Özünə qulluq etməyi sevən Röya üzündə maska olan zaman özünü görüntüləyib.
Daha sonra isə həmin şəkili şəxsi İnstaqram səhifəsində yerləşdirib və maraqlı şərh bildirib:
“Özüm qorxdum deyə sizi də qorxutmaq qərarına gəldim”. Röya Ayxanın paylaşdığı yeni şəkili sizə təqdim edirik.
