Xalq artisti Röya Ayxan yaradıcılığında növbəti yeniliyə imza atıb.
AZXEBER.COM xəbər verir ki, müğənni bu dəfə məşhur "Dəniz” mahnısını akustik versiyada dinləyicilərə təqdim edib.
Mahnının sözləri Baba Vəziroğluna, musiqisi isə Kamala məxsusdur. Akustik versiyanın musiqi rəhbəri Maestro Sezgin Tellaloğludur. Layihənin rejissoru isə Kemal Başbuğ olub.
Minimalist yanaşma və canlı ifa ilə seçilən layihə Röya Ayxanın səsinin bütün çalarlarını ön plana çıxararaq tamaşaçılara xüsusi musiqi zövqü yaşadıb.
Aysel










































