Röyadan ilin ilk klipi - VİDEO

Röyadan ilin ilk klipi - VİDEO
MAQAZİN
13:02 15.01.2026
325
Xalq artisti Röya Ayxan dinləyicilərinə növbəti musiqi hədiyyəsini təqdim edib.
 
AZXEBER.COM xəbər veri rki, sənətçi "Ayrılan adamlar” adlı yeni klipini izləyicilərin ixtiyarına verib.

Mahnının sözləri və musiqisi tanınmış bəstəkar Murad Arifə, aranjimanı isə Samir Şirinova məxsusdur.
 
Klipin çəkilişləri Lənkəranın füsunkar təbiətində baş tutub. Ekran işinin rejissoru Roman Yaşardır.

Klipdə Röya Ayxanın tərəf müqabili kimi aktyor Türkay Cəfərli yer alıb.

Qeyd edək ki, sənətçi bu mahnını ilk dəfə 25 illik yaradıcılıq yubileyi münasibətilə keçirilən möhtəşəm konsertində səsləndirmişdi.
 
Aysel


OXŞAR XƏBƏRLƏR