Görmək istədiyimiz Azərbaycan efirləri - Hacıbəy Heydərli yazır

Görmək istədiyimiz Azərbaycan efirləri - Hacıbəy Heydərli yazır
MAQAZİN
02:27 28.05.2025
1468
 Hacıbəy Heydərli
 
Azərbaycanda sosial media seqmenti cəmiyyətin güzgüsüdür. Cəmiyyətdə gözəl şeylər olanda bir anlıq sosial media da gözəlləşir, saflaşır, təmizlənir. O ki, efirlərdə gərginlik, səviyyəsizlik, bayağılıq artır sosial şəbəkələrdə də neqativ aura, təhqir, söyüş, bədbinlik gündəm olur. 

Ölkədə son 2 günün gündəmi isə çox gözəldir, sanki insanlar arzusunda olduğu televiziyalar ilə qarşılaşıblar. Daha doğrusu arzusunda olduqları televiziyaya, verilişlərə, qonaqlara çatıblar. 

Son 2 gündə sosial media gündəmi Xalq artisti Röya Ayxanın "Səs Azərbaycan”ın finalındakı möhtəşəm ifasıdır. Əslində, Röya "Məndən ötrü ağlama” mahnısını oxumayıb, Röya həmin ifanı yaşayıb. Və elə yaşayıb ki, bir anda milyonların qəlbini titrədib. Bu ifanın sosial mediada gündəm olması Azərbaycan tamaşaçısına, izləyicisinə bayağı deyənlərə də tərs sillədir. Demək ki, səviyyəli verilişlər, şoular olanda xalq onu sevə-sevə izləyir, paylaşır, tərif edir. Demək ki, Azərbaycan tamaşaçısının zövqü hələ korlanmayıb. 

Efirlərə pulla çıxanlar heç vaxt xalqın qəlbini fəth edə bilməyəcəklər, xalqın zövqünü korlaya bilməyəcəklər. 

Əslində, xalqımız bu ifanı trend etməklə əsl sənətə, əsl mədəniyyətə nə qədər dəyər verdiyini göstərib. Röya isə bir bənd ifa ilə son günlər onu tənqid edənlərə sənəti ilə cavab verib. 

Bu ifası ilə onun Kan festivalına, oradan sonrakı söz-söhbətə, heç avtomobildə Ayaz Salayevə verdiyi cavaba da ehtiyacı olmadığını göstərdi. Demək ki, sənətçinin əsl yeri səhnədir, o layiq olduğu yerdə olanda böyük görünür. 

Səhnədən və sənətdən söz düşmüşkən bu günlərdə efiri gözəlləşdirən daha bir məqamı mütləq qeyd etməliyəm. Əməkdar artist Aybəniz Haşımova və tələbələrindən olan Milananın ifası da bu günlərdə sosial medianın trendindədir. Milananın "Rəngarəng” verilişində oxuduğu "Dilbərin ariyası” qısa müddətdə milyonlarla izləyici toplayıb. 15 yaşlı qızcığaz bir ifası ilə efirlərə milyonlar tökənləri, şəxsi həyatlarını insanların gözünə soxanları, yalnız qalmaqalla gündəmdə olanları kölgədə qoyub. 

Daha bir trenddə olan ifa isə Zabitə Əliyeva və İlkin Dövlətovun "Tarixin bir günü” verilişindəki duetləridir. 

Demək ki, səs, geyim, mədəniyyət bir arada olanda sənət tamamlanırmış. 

Demək ki, xalqımızın əsl sənətə, əsl səslərə, əsl səviyyəyə ehtiyacı var. Demək ki, televiziyalarımız da istəyəndə bunu göstərə bilir. 

Xalqın da istəyi məhz budur: Zövqümüzü korlayanları yox, ruhumuzu qidalandıranlara efir verin.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
17:49 17.07.2025
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
17:43 17.07.2025
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"