"Çuda Peçka” mağazalar şəbəkəsi fəaliyyətini tamamilə dayandırıb.
Martın 1-də "Çudo Peçka”nın "Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən mağazası da qapadılıb. Mağazada fəaliyyət göstərən işçilərə isə maaşları verilməyib.
Son günlər "Çudo Peçka”nın rəhbəri Anar Cəlilov şirkətin metronun "Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən mağazasında otururmuş. İcarə haqqını verə bilmədikləri üçün şirkətin əsas ofisi də bir neçə gün öncə bağlanıb.
Məlumata görə, Anar Cəlilov son günlər maddi sıxıntılar içərisindədir. Bildirilir ki, o, hətta şəxsi ehtiyaclarını ödəməyə belə, pul tapmırmış. Anar Cəlilovun bütün mülklərinin girovda olduğu bildirilir. Aylardır ki, maaş ala bilməyən işçilər məhkəməyə müraciət etsələr də, heç bir nəticə yoxdur. Bildirilir ki, "Çudo Peçka”da çalışan əməkdaşların hər birinə Anar Cəlilovun borcu var. İşçilər maaşını tələb etdikdə isə, o, pulunun olmadığını söyləyir.
///musavat.com