Röyanın konsert verəcəyi şəhər bəlli oldu

Röyanın konsert verəcəyi şəhər bəlli oldu
MAQAZİN
12:07 02.02.2024
238
Xalq artisti Röya Ayxan ilk dəfə Rusiyanın Yekaterinburq şəhərində konsert proqramı ilə çıxış edəcək.

AZXEBER.COM xəbər verir ki, tədbir martın 16-da şəhərin "МТС Live Hall” konsert zalında baş tutacaq.

Burada 3 000-dən çox insan Azərbaycanın pop-kraliçasını canlı dinləyə biləcək. Sənətçi sevənləri üçün dillər əzbəri olan hit mahnılarını, həm də yeni albomunda yer alan bəstələri oxuyacaq.

Qeyd edək ki, xalq artisti martın 22-də Moskvada "Vegas City Hall”ın konsert zalında sevənlərinin qarşısına çıxacaq.
 
Aysel
OXŞAR XƏBƏRLƏR