Röya Kreml sarayında “Mənəm” adlı konsert proqramı ilə çıxış edib.
AZXEBER.COM xəbər verir ki, uğurlu keçən konsertdə müğənni köhnə və yeni mahnılarını ifa edib.Konsertin təşkilatçısı Moskvada Azərbaycanın mədəniyyəti və incəsənəti studiyasıdır.“Zal tamamilə doludur. Anşlaqdır! Təşkilatçılar özləri də şokdadır” - bu cümlələri Röyanın dizayneri Səbinə Hüseyn deyib.Yaxın vaxtlarda Röyanın mətbuat xidməti tərəfindən anşlaqla keçən konsertdən olan reportaj təqdim ediləcək.