Rza Pəhləvi: "İranda rəsmi vəzifələr tutmaq fikrində deyiləm"

Rza Pəhləvi: "İranda rəsmi vəzifələr tutmaq fikrində deyiləm"
DÜNYA
21:16 02.03.2026
314
İranda devrilmiş şahın oğlu Rza Pəhləvi ölkədə rəsmi vəzifələrə iddialı olmayacağını bildirib.

Bu barədə o, "60 Minutes" proqramına verdiyi müsahibədə danışıb.

"Onlar mənə keçid dövrünün rəhbəri kimi etibar edirlər, gələcəyin kralı və ya prezidenti kimi yox", - deyə R.Pəhləvi qeyd edib.

O həmçinin İsraillə sıx əlaqələrin strateji əhəmiyyətini vurğulayıb. R.Pəhləvi ABŞ Prezidenti Donald Trampı "ən məşhur xarici lider" adlandırıb.
OXŞAR XƏBƏRLƏR