Rza Pəhləvinin videosu izlənmə rekordu qırdı, İranda intenet bağlandı

Rza Pəhləvinin videosu izlənmə rekordu qırdı, İranda intenet bağlandı
DÜNYA
15:52 08.01.2026
814
İranda inflyasiya və milli valyutanın devalvasiyası səbəbindən başlayan etiraz aksiyaları davam edir
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İranda internet problemi yaranıb.
 
Buna səbəb İranın sonuncu şahının oğlu Rza Pəhləvinin İran xalqına və İran əsgərlərinə müraciəti olub. Belə ki, o İslam Respublikasının silahlı qüvvələri və təhlükəsizlik orqanlarına müraciət edərək onları xalqın tərəfinə keçməyə çağırıb. O, bunu "milli borc” adlandırıb. 
 
Bu video milyonlarla insan tərəfindən izlənib və etirazlar genişlənib. Nəticədə İran hökuməti ölkənin 70%-də interneti kəsib, qlobal bağlantılar kəsilib, yalnız daxili şəbəkə çalışır.

Qeyd edək ki, İranda davam edən etiraz aksiyaları ilə bağlı ABŞ prezidenti Donald Tramp deyib ki, əgər İran hakimiyyəti dinc etirazçılara atəş açsa və onları qətlə yetirsə, Birləşmiş Ştatlar onlara kömək edəcək. Əgər İran dinc etirazçılara atəş açsa və onları zorakılıqla qətlə yetirsə - bu onların adətidir. Amerika Birləşmiş Ştatları onların köməyinə gələcək. Getməyə hazırıq”, - deyə Tramp "Truth Social" platformasında yazmışdı.


OXŞAR XƏBƏRLƏR