Rza Zərrabın ortağı Babək adlı şəxs kimdir? - FOTOLAR

DÜNYA
12:29 23.12.2013
2213

Türkiyədə həyata keçirilmiş "Böyük rüşvət" əməliyyatı zamanı həbs olunmuş milyarder, əslən Güney Azərbaycandan olanRza Zərrabın Tehrandakı ortağının kimliyi bilinib.

Tehranda çıxan "Qanun" qəzetinin yazdığına görə, Rza Zərrabın İrandakı əsas ortağı məşhur fars milyarder, 39 yaşlıBabək Zəncanidir.

Zərrabi İrana köçürdüyü və İrandan çıxardığı pulları B.Zəncaninin "Sorinet" holdinqi vasitəsilə legitimləşdirib.

Rza Zərrab İstanbul prokurorluğunda verdiyi ifadəsində də "müştərilərimdən birinin adı B.Z.Ö.-dür" söyləmişdi.

Babək Zəncani İranda media ilə əlaqələrdən daim çəkinsə də, onun adı son vaxtlar Tehran mediasında sıx-sıx hallanır.

İrandakı Sosial Sığorta Təşkilatı ilə bağlı aşkarlanmış böyük korrupsiya və rüşvət qalmaqalında şübhəli bilinən şəxslər arasında Babək Zəncani də var.

13,8 milyard dollarlıq sərvətə malik B.Zəncani İranın ən varlı iş adamıdır.

Onun sadəcə, ötən həftə satdığı neft şirkəti ilə bağlı dövlətə 2,8 milyard dollar məbləğində vergi borcu var.

Babək Zəncani Türkiyədəki "Onur Air" aviaşirkətinin sahibidir. Bu aviaşirkət 2013-cü ilin martında 250 milyon dollara Dubayda yaşayan iranlı milyarderMəhdi Şəmsə satılmış, sonra da Şəms aivaşirkəti Babək Zəncaninin "Qeshm Airlines" aviaşirkətinə satmışdı.

Bundan başqa, Babək Zəncani Türkiyədə "Ulusoy" və "Varan" avtobus şirkətlərinin səhmlərinin 50 faizini 100 milyon dollara satın alıb.

Babək Zəncaninin varlanması onun 1999-cu ilə İranın Mərkəzi Bankının sədriRza Nurbəxşin sürücüsü kimi işləməsindən sonra başlayıb.

Rza Zərrab və Babək Zəncani Təbrizdə tanış olublar. Türkiyədə saxlanan, ULS aviaşirkətinə məxsus yük təyyarəsindəki 1208 kq qızılın da əsl sahibi Babək Zəncani idi.

Həmin qızıllar tutulanda Rza Zərrab Türkiyədəki nazirlərə milyonlarla dollar rüşvət vermiş, "malı xilas edərək" Dubaya göndərə bilmişdi.

Sənədlərdə qızıl "çınqıl" kimi rəsmiləşdirilmişdi.

Həmin "xilasetmə" əməliyyatından sonra Babək Zəncani Rza Zərraba zəng vuraraq demişdi: "Afərin, qardaşım! Sən artıq böyüdün. Rahat işləyə bilərəm". (milli.az)

OXŞAR XƏBƏRLƏR