Baş Dövlət Yol Polisi İdarəsi bu gündən etibarən respublikanın istirahət mərkəzlərinə və kurort zonalara gedən yollarda reydlərə başlayıb. İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev açıqlamasında bu gündən etibarən başlayaraq, həftənin son 3 günündə reydlərin aparılacağını bildirib: “İlkin olaraq bu tip reydləri iyun ayının sonuna kimi nəzərdə tutmuşuq. Lakin yəqin ki, istirahət yerlərinin ətrafında aparılacaq reydlər yay-istirahət mövsümünün sonunadək davam edəcək”.
K.Əliyev onu da qeyd edib ki, reydlərdə əsasən sürücülərin avtomobili sərxoş halda idarə etməsi, sürət həddinin aşılması, ötmə-keçmə qaydalarının pozulması, həmçinin yüksək səsyayıcı vasitələrdən istifadə və digər hallara xüsusi diqqət yetiriləcək.
//lent.az