"Sənə cörə!" sözünü Hüseyn Abdullayev deyibmiş

"Sənə cörə!" sözünü Hüseyn Abdullayev deyibmiş
ŞOU-BİZNES
22:32 30.06.2011
7298

"Sevgililər günü" münasibətilə verilişdə iştirak edən Röya bir çox açıqlamaları ilə bəzi qaranlıq məqamlara aydınlıq gətirmiş oldu. Məsələn, populyar olan "Sənə görə" mahnısındakı sonluğun ifaçısının kimliyini açıqladı. Sən demə, diqqətləri çəkən "Sənə cörə!" ifadəsini elə mahnının bəstəkarı Hüseyn Abdullayev oxuyubmuş!

"Bu mahnı lentə yazılanda Hüseyn müəllimdən xahiş etdim ki, həmin hissə necə var, elə də qalsın - "Sənə cörə!"" - deyə açıqlama verən populyar müğənni veriliş boyu unudulmayan sevgilərə də toxundu. Röya, "hamının qəlbində gizli sevgi var, sadəcə bunu ürəyində saxlayır. Bunsuz yaşamaq olmaz. Heç nə unudulmur. Hamı bizim kimi boynuna almır ki", - deməklə bir növ duyğularını etiraf etmiş oldu.

Röya "Sənə görə" mahnısının klipini üç həftədən sonra tamaşaçıların ixtiyarına buraxacağını vurğuladı. Klipin çəkilişi əvvəlcə Tarkanın "Öp" mahnısının rejissoruna həvalə edilsə də, sonradan Rəna adlı bir xanıma etibar edilib. Sonda isə müğənni evdə yatmış həyat yoldaşını da "Sevgililər günü" münasibətilə təbrik etdi. Onu da qeyd edək ki, Röya verilişin əvvəlində, "bütün sevgililərimi təbrik edirəm", - demişdi.

/// milli.az

 

OXŞAR XƏBƏRLƏR