Sağ ol, Prezident!

Sağ ol, Prezident!
KÖŞƏ
13:20 05.05.2014
2667
Yunus Oğuz

Yazıçı-publisist

Baxdım, oxudum, televiziyalarda izlədim. Qürur duydum. Millətimlə, prezidentimlə qürur duydum. Ermənistan prezidenti Sərkisyanın (Yekəbaşyanın) Türkiyə haqqında dediyi həqarətli sözlərə bizim prezidentin cəsarətli cavabı məni bu sətirləri yazmağa vadar etdi. İlham Əliyev susa bilərdi, qardaş Türkiyəyə deyilən həqarətə cavab verməyə bilərdi? Zatən fikirləşərdi ki, Sərkisyan mənim dövlətimə çamur atmır ki, (onsuz da həmişə çamur atır) Türkiyə haqqında danışır, qoy Türkiyə yetkililəri də ona cavab versin. Amma, belə olmadı, İlham Əliyevin genetik qan yaddaşı oyandı… Praqada Türkiyənin bu forumda iştirak etməməyindən istifadə edən Ermənistan tərəfi bu xalqa qarşı yüz il bundan qabaq guya nələr törətdiyini avropalılara danışırdı. Az qalmışdı ki, hər kəsi də, siyasətçiləri də inandırsın. Ay nə bilim, soyqırım, millətin kökünü kəsmək. Bu kimi şeyləri sərsəmləyirdi Azərbaycan vətəndaşı Sərkisyan. Bir millət, iki dövlət!

Praqa görüşündə Türkiyə iştirak etmirdi, amma Azərbaycan tərəfi iştirak edirdi. Təbiidir ki, Azərbaycan tərəfi Sərkisyanın ağ yalanlarına, həqarətlərinə cavab verməli idi. İllərlə yalana, cəfəngiyyata bürünmüş, özləri uydurduğu xəbərlərə özlərini inandırmış ermənilərə cavab vermək, onları avropalıların gözündən salmaq, erməniləri yalan danışdıqlarına görə yerində otuzdurmaq gərək idi. Bunu kim etməlidir? Qonşu respublikalar bunu etməyəcəkdi. Müxtəlif bəhanələrlə dövlətlərarası, yaxud Rusiya ilə münasibətlər pozulmasın deyə susdular, vicdanlarını bir pul qabına qoyub geri çəkildilər. Düşündülər: "Nəyimə lazım? İki dövlət arasında soyqırım məsələsi müzakirə olunursa mənə nə var ki? Mənim dövlətimin burada marağı nədir? Yüz il bundan qabaq nə olubsa bu işə mən niyə qarışmalıyam?” Hər kəs susdu. Hər kəs elə bil ki, bu onların taleyi deyil deyə əhəmiyyət vermədi.

Sərkisyanın çıxışını bir nəfər kəsb etdi. O da bizim prezidentimiz. Söz alan kimi dedi: "Bu sammitdə Türkiyə nümayəndələri iştirak etmir, amma mən buradayam, Türkiyə əvəzinə mən cavab verəcəm”. Bir millət, iki dövlət bu deməkdir. Prezidentimiz danışdı. Erməniləri ifşa etdi, onların yalançı tarixini üzə çıxardı, Azərbaycan torpaqlarının onlar tərəfindən ilhaq olunmasını faktlarla, dəlillərlə göstərdi. Bu öz yerində, amma başqa bir şey də vardı. İlham Əliyevin Sərkisyanın çıxışına dərhal və tutarlı cavab verməsi. Bu cavabdan Türkiyə, Azərbaycan, dünya, hətta Ermənistan mediası ayaq üstə. Nə oldu belə, nə dəyişdi belə? Erməni tərəfi bunu hər zaman deyirdi, hər zaman söyləyirdi. Yox, məsələ onda deyil ki, ermənilərin növbəti "soyqırım aksiya”sında İlham Əliyev onların özünü günahlandırdı. Olmayan erməni soyqırımına prezident elə tutarlı cavab verdi ki, dünya silkələndi. Bir dövlətin başçısının o biri dövləti təmsil etməsinin "niyəsini” düşündülər. Bir millət, iki dövləti düşünmədilər. Düşünmədilər ki, Türkiyə və Azərbaycan təkcə Ermənistanla münasibətdə bir deyillər. Qardaşlar doğma olmalıdırlar.

Bunu İlham Əliyev də bilir, Ərdoğan da bilir. Bir şeyi də qeyd edim. Mötəbər məclislərdə dövlət başçısının qulağına nəsə pıçıldamaq mümkün deyil. Bunu keçmiş müşavirlik vəzifəmdən bilirəm. Orada dərhal fikir söyləmək gərəkdir. Kiminləsə məsləhətləşsən zaman gedəcək, vaxtı və tədbiri uduzacaqsan. Prezidentimizin bu çıxışı və Ermənistan prezidentinə Türkiyə əvəzinə cavabı onu göstərdi ki, intellektual cavab heç də özünü gözlətmədi. İlham Əliyev həm Türkiyə, həm də Azərbaycan adından Praqa sammitində ermənilərin tutarlı cavabını verdi. Bu təkcə özünə arxayınlıq deyildi. Bu həm də Türkiyə tərəfindən özünə arxayınlıq idi. Bəs necə olmalı idi? Bir millət, iki dövlət!

Sağ ol, Prezident!

OXŞAR XƏBƏRLƏR