Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ-da işgüzar səfərdədir.
AZXEBER.COM-un “Qruziya Onlayn”-a istinadən verdiyi xəbərə görə, prezident bu gün Vaşinqtonda 2016-cı il seçkilərində namizədlərdən biri olacaq senator Marko Rubio ilə görüşüb.Görüşün əsas mövzusu Gürcüstandakı cari siyasi proseslər və strateji əməkdaşlığın daha da dərinləşdirilməsi olub. Görüşdə bir daha qeyd olunub ki, Gürcüstan mütləq Şimali Atlantika Alyansının (NATO) üzvü olacaq.Eləcə də, Mixail Saakaşvili ABŞ-a olan səfərinin gedişatında Vaşinqtonda və Nyu-Yorkda senatorlar və konqresmenlərlə bir sıra görüşlər keçirəcək.